logo

Sankt-Peterburqda blits üzrə dünya çempionatı start götürür

15:15 29-12-2018 | icon 2870
Sankt-Peterburqda blits üzrə dünya çempionatı start götürür

Dekabrın 29-da Sankt-Peterburqdakı “Manej” kompleksində blits üzrə açıq dünya çempionatı start götürəcək.

YeniAvropa xəbər verir  ki, blits turnirində ölkəmizi Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Gülnar Məmmədova, Günay Məmmədzadə, Zeynəb və Türkan Məmmədyarova bacıları təmsil edəcəklər.

Yarışlara dekabrın 30-da yekun vurulacaq.

Xatırladaq ki, ötən gün dünya çempionatının rapid yarışlarına yekun vurulub. Şahmatçımız Şəhriyar Məmmədyarov çempionluğa çox yaxın olsa da, sonuncu turda Daniel Dubov ilə heç-heçə nəticəsində xal itirərək 10,5 xalla ikinci yeri tutub. Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci sırada qərarlaşıblar.

Qadınların mübarizəsində isə Gülnar Məmmədova 18-ci (7,5 xal), Günay Məmmədzadə 39-cu (7 xal), Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olublar (hərəyə 5,5 xal).

Rapid üzrə kişilər arasında dünya çempionu tituluna rusiyalı şahmatçı Daniel Dubov (11 xal), qadınlarda isə çinli Cu Vencun (10 xal) sahib olublar.