Moskvada Dünya Güləş Birliyinin (UWW) təqvim planının sonuncu yarışı keçirilib.
YeniAvropa xəbər verir ki, yeniyetmələr arasında keçirilən “Christmas” turnirində ölkəmizi yalnız Əşrəf Aşurov (71 kq) təmsil edib.
Bir neçə gün əvvəl böyüklər arasında Azərbaycan çempionatında üçüncü yeri tutan sərbəst güləşçimiz Moskvadan da bürünc medalla qayıdıb.