Bakı İdman Sarayında karate üzrə ikinci ənənəvi “Arpaçay Open” beynəlxalq turnirə start verilib. YeniAvropa xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə Azərbaycan, İran, Rusiya, İsrail və Özbəkistandan olan idmançılar qalib adı uğrunda mübarizə aparırlar.
Turnirin ilk günündə 6-7, 8-9, 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15, 16-17 yaşlı yeniyetmə və gənc idmançılar tatamiyə çıxacaqlar.Fərdi kata və kumite yarışlarından əlavə, kumitedə komanda çıxışları da nəzərdə tutulub.