BOK rusiyalı idmançıların olimpiya medallarını geri qaytarmalarını tələb edir
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinə (ROK) rəsmi məktubla müraciət edərək bütün milli idman federasiyalarına bunu bildirməyi tələb edib ki, 2008, 2012 və 2014-cü illərin Olimpiya Oyunlarında dopinqdən istifadə etmələri faktı müəyyən edilmiş idmançılar mükafatları geri qaytarmalıdırlar.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, dələduzlarla eyni komandada və ya eyni heyətdə çıxış etmiş “təmiz” idmançılar da (yüngül atletika estafeti, bobsley dördlüyü) mükafatları geri qaytarmalı olacaqlar.
Yüngül atletikada rusiyalı olimpiyaçılar 2008-ci və 2012-ci illərin Yay Olimpiya Oyunları zamanı genişmiqyaslı təkrar yoxlama zamanı antidopinq qaydalarının pozulmasına görə cəzalandırılmış idmançılardan yalnız 5 nəfəri mükafatları qaytarıblar. BOK daha 24 medalın qaytarılmasını gözləyir.
Xatırladaq ki, 2016-cı ilin Olimpiya Oyunları ərəfəsində BOK 2008-ci və 2012-ci illərin Yay Olimpiya Oyunlarının iştirakçılarından götürülmüş dopinq nümunələrinin hərtərəfli təkrar yoxlanmasını təşkil edib. Nəticədə onlarca rusiyalı idmançı tərəfindən antidopinq qaydalarının pozulması faktları aşkar olunub. Uzun sürən araşdırmalardan sonra həmin idmançıların yarışlarda göstərdiyi nəticələr ləğv edilib.
Ötən 2,5 il ərzində antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya edilmiş idmançılardan yalnız 5 nəfəri: Anna Çiçerova (tullanma, 2008, bürünc medal), Antonina Krivoşapka (qaçış, 2012, gümüş medal), habelə üç “təmiz” qaçışçı – Anton Kokorin (2008, bürünc medal), Natalya Antyux (2012, gümüş medal) və Aleksandra Fedoriva (2008, qızıl medal) mükafatları qaytarıblar.
BOK antidopinq qaydalarını şəxsən pozmayan, lakin estafet yarışlarında bu qaydaları pozanlarla eyni komandalarda çıxış etmiş atletlərin də mükafatları qaytarmasını gözləyir.
Bundan əvvəl BOK rusiyalı 43 idmançı tərəfindən qış olimpiya növlərində antidopinq qaydalarının pozulmasını elan edib. Lozannadakı İdman Arbitraj Məhkəməsi Soçi Olimpiya Oyunlarının 28 iştirakçısına bəraət verib. BOK hesab edir ki, qoşa və dördnəfərlik komanda şəklində qalib gəlmiş bobsleyçilər də qazandıqları medalları qaytarmalıdırlar.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb