Lionel Messinin “Barselona” ilə yeni müqaviləsinin təfərrüatları açıqlanıb. YeniAvropa «L’Equipe» nəşrinə istinadla xəbər verir ki, müqavilə şərtlərinə görə, argentinalının illik məvacibi vergi tutulana qədər 104 milyon avro təşkil edir. Futbol tarixində ilk dəfədir ki, futbolçu il ərzində zəmanətli şəkildə bu qədər məbləğdə məvacib alır. Bununla belə, İspaniya qanunlarına görə, vergi tutulandan sonra həmin məbləğ 50 milyon avrodan bir qədər az olacaq.
Müqayisə üçün deyək ki, “PSJ”nin forvardı Neymarın xalis illik məvacibi 36,8 milyon avro təşkil edir, Karlos Teves isə Çinin “Şanxay Şenxua” klubunda ildə 38 milyon məvacib alır.
Lionel Messinin “Barselona”da təsbit edilmiş illik məvacibi ( o cümlədən imic gəlirlərinin 15 faizi) 71 milyon avro təşkil edir.
Bundan əlavə, 4 illik müqavilənin müddəti başa çatana qədər Leonun “Barsa”da qalacağı təqdirdə müqavilədə onun üçün 63,5 milyon avro məbləğində bonus və loyallığa görə 70 milyon məbləğində bonus nəzərdə tutulub.
Əgər bütün bəndlər nəzərə alınsa, 104 milyon avro məbləğində yekun illik məvacib alınır.