Zaqrebdə Xorvatiya Olimpiya Komitəsinin mükafatlandırma mərasimi təşkil edilib.
YeniAvropa xəbər verir ki, xarici KİV-lərə istinadla xəbər verir ki, mərasimdə futbol üzrə Xorvatiya millisi ilin ən yaxşı komandası seçilib. Ölkənin ən yaxşı idmançısı adını futbolçu Luka Modriç və atlet Sandra Perkoviç qazanıblar.
Xorvatiya milli komandasının kapitanı və “Ballon d'Or” qalibi Luka Modriç ölkəsində bu mükafatı alan ilk futbolçudur. Ardıcıl 7 ildir ən yaxşılar arasında yer alan Sandra Perkoviç beşqat dünya çempionudur.