logo

Karateçilərimiz ili 132 medalla başa vurublar

15:11 26-12-2018 | icon 2919
Karateçilərimiz ili 132 medalla başa vurublar

2018-ci ildə karateçilərimiz rəsmi beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də dünya kuboku, premyer liqa, A seriyası və yeniyetmələr liqası kimi vacib yarışlarda 29-u qızıl, 38-i gümüş və 47-si bürünc olmaqla 132 medal qazanıblar.

YeniAvropa xəbər verir  ki, bu fikirlər Azərbaycan Milli Karate Federasiyasında (AMKF) 2018-ci ilin yekunlarına dair yığıncaqda səsləndirilib. 

Yığıncaqda çıxış edən AMKF-in prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, idarə heyətinin üzvləri Füzuli Musayev, Oqtay Məmmədov, məşqçilər heyətindən Bahəddin Kandaz, Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Vahid Ayvazov və baş hakim Cahangir Babayev qazanılan uğurlar münasibətilə kollektivi təbrik ediblər. Natiqlər ölkəmizdə idmanın, o cümlədən karatenin inkişafına göstərilən diqqət və qayğıya, idmançılarımız üçün yaradılan şəraitə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyeva minnətdarlıq ifadə olunub.

Soçidə keçirilən Avropa çempionatında yeniyetmə və gənclərin rekord nəticə göstərməsi, İrina Zaretskanın ilk dəfə qadınlar arasında dünya çempionu olması, Rafael Ağayevin öz medal rekordunu yeniləməsi, Sahib Əhədovun para-karate dünya çempionatında ikinci yeri tutması və digər nəticələrə görə karateçilərimizin dünya reytinqində daha üstün mövqelərə yüksəlməsi ilin əhəmiyyətli idman hadisələrindən biri kimi qiymətləndirilib. İlin sonunda milli komandanın əsas üzvlərindən olan İlahə Qasımovaya mənzilin verilməsi isə karateçilərimizə göstərilən yüksək diqqətin nümunəsi kimi dəyərləndirilib.

Bildirilib ki, Gənclər və İdman Nazirliyi, eləcə də federasiyanın fəaliyyətinə dəstək verən digər qurumlarla birgə səylərin nəticəsində 2018-ci il Azərbaycan karatesi üçün çox uğurlu olub. Qarşıda “Tokio 2020” Olimpiadasına hazırlıqla bağlı məsul mərhələ başlayır. Bu məqsədlə yeni ildən daha ciddi hazırlığın vacibliyini diqqətə çatdıran federasiya rəsmiləri göstərilən etimadı doğrultmaq üçün mühüm işlərin planlaşdırıldığını söyləyiblər.

Karateçilərə göstərilən qayğıya görə idmançılar adından təşəkkürünü bildirən milli komandanın kapitanı Rafael Ağayev qarşıdakı mövsümdə də uğurları davam etdirməyə çalısaçaqlarını deyib.

Yığıncaqda ilin yekunlarına əsasən, müxtəlif yaş qruplarında fərqlənən idmançılara və məşqçilərə pul mükafatları verilib.