“Pari Sen-Jermen”in (PSJ) və Fransa milli komandasının hücumçusu Kilian Mbappe ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.
YeniAvropa “France Fottball” nəşrinə istinadla xəbər verir ki, 20 yaşlı hücumçu Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında milli komandasının tərkibində dünya çempionu olub və dünyanın ən yaxşı gənc futbolçusu elan edilib.
K.Mbappe ötən mövsüm “PSJ”nin heyətində Fransa çempionu adını qazanıb. Bu mövsüm isə futbolçu bütün turnirlərdə 26 oyunda 19 qol və 4 məhsuldar ötürmənin müəllifi olub.