Saratovda idman veteranı V.Q.Sosnerin xatirəsinə həsr olunmuş kadet, yeniyetmə və gənclər arasında boks üzrə açıq turnir başa çatıb.
YeniAvropa xəbər verir ki, turnirdə ölkəmizi Daxili İşlər Nazirliyi (DİN) İdman Cəmiyyətinin 9 boksçusu təmsil edib.
İdman cəmiyyətinin baş məşqçisi, Əməkdar məşqçi Yadigar Məmmədovun verdiyi məlumata görə, komandamız yarışda 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Aslan Sultanov (50 kq), Ehtiram Abdullayev (54 kq), Eldar Babayev (60 kq) və Elmir Novruzov (66 kq) turnirin qalibi adına layiq görülüblər. Eldar Məmmədov (+80 kq) ikinci, Xalid Məmmədov (60 kq) və Umudəli Əzizov (59 kq) isə üçüncü yeri tutublar.