“Baku Fayt Lab” (BFL) klubunun təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında boks üzrə klubun açıq birinciliyinə yekun vurulub.
YeniAvropa xəbər verir ki, Ruslan Qədirov (BFL, 49 kq), Maqsud Xasmedov (BFL, 52 kq), Hüseyn Əbdülhadi (İraq, 56 kq), Mömün Akıl (İraq, 60 kq), Rəşid Həsənov (BFL, 64 kq), Səccad Əli (İraq, 69 kq), Rüfət Nəbiyev (Ağdaş, 75 kq), Abdul Vahab (İraq, 81 kq), Adil Vəliyev (UGİM, 91 kq), Əhməd Əhmədov (BFL, 91 kiloqramdan yuxarı) turnirin qızıl medalına layiq görülüblər.
Dekabrın 19-da Boks Mərkəzində start götürən yarışlar 4 gün davam edib. Açıq birincilikdə ölkəmizin şəhər və rayonlarından, eləcə də İraq dövlətindən, ümumilikdə, 20 komandanın tərkibində 100-ə yaxın idmançı qüvvəsini sınayıb.