Firdovsi Umudov: Güləşçilərimizin Tokio Olimpiadasında parlaq nailiyyətlərə imza atacaqlarına inanıram
Beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanmış yeniyetmə və gənc pəhləvanların güləş üzrə Azərbaycan çempionatında uğurla çıxış etməsi bizi son dərəcə sevindirir. Turan Bayramov (65 kq), Əli Rəhimzadə (65 kq), Mahir Əmiraslanov (57 kq), Hacımurad Hacıyev (74 kq), Murad Süleymanov (86 kq) və digər pəhləvanlarımız əsl peşəkarlıq nümayiş etdirdilər. Bu, yeniyetmə və gənc pəhləvanlarımız arasında istedadlı güləşçilərin yetişdiyini göstərir.
YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov söyləyib. Onun sözlərinə görə, milli komandamızın Hacı Əliyev, Şərif Şərifov, Kəmaləddin Məhəmmədov, Cəbrayıl Həsənov kimi əsas üzvləri zədələri ilə əlaqədar bərpa prosesi keçdikləri üçün çempionatda iştirak etməyiblər.
"Bu güləşçiləri bir sıra beynəlxalq yarışlarda sınaqdan keçirməyi nəzərdə tutmuşuq. Eyni zamanda, ölkə çempionatının qalib və mükafatçıları arxayınlaşmamalıdırlar. Əsasən gənc güləşçilər başa düşməlidirlər ki, onların üzərinə böyük məsuliyyət düşür. Çempion adını doğrultmaq üçün öz üzərlərində daha səylə işləməlidirlər. Çempionatla bağlı demək istəyirəm ki, bütün çəki dərəcələrində gərgin idman mübarizəsi izlədik”, -deyə F.Umudov vurğulayıb.
Yığma komandalarımızın Olimpiya Oyunlarının hazırlıqlarına başladığını diqqətə çatdıran vitse-prezident daha sonra deyib: “Azərbaycan Güləş Federasiyası tərəfindən yığmanın məşqi, yarışlara hazırlığı ilə bağlı hər cür şərait yaradılıb. Güləşçilərimizə böyük ümidlər bəsləyirik. Azərbaycanda bütün idman növləri, o cümlədən güləş dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Pəhləvanlarımız bu qayğıya cavab olaraq daha yüksək zirvələr fəth etmək arzusundadırlar. Əminik ki, pəhləvanlarımız növbəti Olimpiya Oyunlarında parlaq nailiyyətlərə imza atacaqlar”.
Gələn il güləşçilərimizi bir sıra məsul yarışların gözlədiyini xatırladan F.Umudov bu baxımdan ikinci Avropa Oyunlarını, Avropa və dünya çempionatlarını qeyd edib: “Birinci Avropa Oyunlarında pəhləvanlarımız parlaq nailiyyətlərə imza atıblar. Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında da yüksək nəticələr qazanmaq üçün var qüvvəmizi səfərbər edəcəyik. Gələn il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar da çox mühümdür. Güləşçilərimizin hər birinin qarşısına konkret hədəflər qoyulub.
Azərbaycanda “Tokio 2020”yə lisenziya xarakterli qitə miqyaslı turnirin keçirilə biləcəyini vurğulayan vitse-prezident bu barədə Dünya Güləş Birliyinə müraciət edildiyi vurğulayıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb