logo

Sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

21:57 20-12-2018 | icon 3059
Sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

Dekabrın 20-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb.

YeniAvropa xəbər verir ki, yarışın ikinci günündə 57, 61, 65, 70, 74, 79, 86, 97 və 125 kiloqrama qədər çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar. Ümumilikdə, güləşin bu növündə 205 pəhləvan qüvvəsini sınayıb.

Ən yüngül çəki dərəcəsində (57 kq) yarışın qalibi Mahir Əmiraslanov (“Neftçi”) olub. Bundan başqa, 61 kiloqramda Mircəlal Həsənzadə, 65 kiloqramda Turan Bayramov, 70 kiloqramda Ağahüseyn Mustafayev, 74 kiloqramda Hacımurad Hacıyev, 79 kiloqramda İbrahim Yusubov, 86 kiloqramda Murad Süleymanov, 92 kiloqramda Şamil Zubairov, 97 kiloqramda Nurməhəmməd Hacıyev və ən ağır çəkidə - 125 kiloqramda isə İslam Abuyev çempion adını qazanıblar.

Yarışlardan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.