logo

Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlar Kral Salman Dünya Kubokunda mübarizə aparacaqlar

21:16 19-12-2018 | icon 3654
Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlar Kral Salman Dünya Kubokunda mübarizə aparacaqlar

Dekabrın 25-dən 31-dək Sankt-Peterburqda keçiriləcək şahmatın rapid və blits növləri üzrə dünya çempionatına qeydiyyat davam edir. Artıq 300-dən çox şahmatçı turnirdə iştirak edəcəyini təsdiqləyib.

YeniAvropa xəbər verir  ki, dünya şahmat elitasının demək olar ki, tam tərkibdə qatılacağı yarışda azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarovun və Rauf Məmmədovun iştirakı artıq dəqiqləşib. Hazırkı dünya çempionu Maqnus Karlsenin də iştirak edəcəyi Kral Salman Dünya Kubokunun mükafat fondu 1 milyon ABŞ dollarıdır.

Qadınların yarışında ölkəmizi Zeynəb və Türkan Məmmədyarova bacılarından başqa, gənc və perspektivli şahmatçı Günay Məmmədzadə də təmsil edəcək.

Turnirə qeydiyyat dekabrın 22-də başa çatacaq. Dünya birinciliyində iştirak edəcək şahmatçıların yekun siyahısı həmin gün açıqlanacaq.