Bundestaqda ötən gün keçirilən "Ştudqart" -"Herta" matçında faciə baş verib.
YeniAvropa xəbər verir ki, "Reuters" agentliyi bu barədə məlumat yayıb. "Mercedes-Benç Arena"da keçirilən qarşılaşmada "Ştudqart"ın kapitanı Kristian Genterin atası Herbert Genter matçı izlərkən tribunada ürək tutmasından vəziyyəti pisləşib. Stadiondakı həkimlər onu xilas etməyə çalışsalar da onu xilas edə bilməyiblər. Matç "Ştudqart"ın 2:1 qələbəsi ilə başa çatıb. Kristian Genter isə 90 dəqiqə meydanda olub və tribunalarda baş verənlərdən xəbərsiz qalıb.