Çinin Quançjou şəhərində keçirilən cüdo üzrə “World Masters” turnirində 73 kq çəkidə mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına sahib olub.
YeniAvropa xəbər verir ki, o finalda rəqibi kanadalı Artur Marjelidonla yarışıb. Görüşün əsas hissəsində idmançılardan heç biri xal qazanmayıb. Qalibi mnüəyyən etmək üçün əlavə "qızıl vaxt" təyin edilib. Qarşılaşmanın 1-cü saniyəsində Rüstəm əla fənd işlədərək rəqibinin kürəyini yerə vurub.
Xatırladaq ki, iki gün davam edəcək turnirdə daha 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.