Çinin Quançjou şəhərində start götürən “World Master” turnirində iştirak edən 27 yaşlı Azərbaycan cüdoçusu Rüstəm Orucov mübarizə apardığı 73 kq çəki dərəcəsində finala yüksəlib.
YeniAvropa xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız ardıcıl olaraq iranlı Məhəmməd Məhəmmədi ilə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib. Onun yarımfianldakı rəqibi Cənubi Koreyadan olan cüdocu Çan-Qrim Anom olub.
Yarımfinal görüşündə də Cənubi Koreya idmançısını mübarizədən kənarlaşdıran Rüstəm Orucov finala yüksəlib. Həlledici görüşdə onun rəqibi kanadalı Artur Marjelidon olacaq.