UEFA Avropa Liqası: “Arsenal” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turu çərçivəsində “Arsenal” – “Qarabağ” görüşü üçün komandaların start heyətləri açıqlanıb.
YeniAvropa xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner, Maksim Medvedev, Simon Slavçev, Miçel, Mahir Mədətov, Rəşad Sadıgov (k), Abdulah Zubir, Yakub Jerniçak, Bədəvi Hüseynov və Donald Gerye yer alıblar.
“Arsenal” klubunun ilk onbirliyində isə meydana Martines, Elneni, Sokratis Papastathopoulos, Kesyelini, Lakazet, Məsut Özil, Meytlend-Nayls, Jenkinson, Nketia, Saka və Uilkok çıxacaqlar.
“Emireyts” stadionunda baş tutacaq görüşün idarə edilməsi danimarkalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Yens Moedir. Lars Hummelqorl və Heyne Serensen yan xətt hakimi funksiyalarını yerinə yetirəcəklər.
Beş turdan sonra E qrupuna 13 xalla “Arsenal” klubu başçılıq edir. Aktivində 10 xal olan Portuqaliyanın “Sportinq” klubu ikinci, hərəyə 3 xalı olan “Vorskla” (Ukrayna) və “Qarabağ” üçüncü və dördüncü yerləri bölüşürlər.
“E” qrupunun digər oyunu Portuqaliyada oynanılacaq. “Sportinq” klubu Ukraynanın “Vorskla” komandasını qəbul edəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.