logo

Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri keçiriləcək

19:31 13-12-2018 | icon 2940
Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri keçiriləcək

Yanvarın 18-20-də Bakı İdman Sarayında Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Arpaçay Open” beynəlxalq turniri keçiriləcək. Azərbaycan Milli Karate Federasiyasının və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçiriləcək açıq turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edəcəklər.

YeniAvropa federasiyanın saytına istinadla xəbər verir ki, turnirin birinci günündə bütün yaş qruplarında fərdi kata, ertəsi gün isə 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite yarışları təşkil olunacaq. Turnirin sonuncu günündə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında müxtəlif çəki dərəcələrində kumite yarışları keçiriləcək. Qalib və mükafatçılar federasiyanın diplom, kubok və medalları ilə təltif olunacaqlar.

Yarışın açılış mərasimi yanvarın 19-da saat 17:00-da olacaq.

Beynəlxalq turnirə qeydiyyat yanvarın 10-dan 17-dək ilk dəfə olaraq internet vasitəsilə aparılacaq.