logo

Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində üçüncüdür

19:33 12-12-2018 | icon 2758
Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində üçüncüdür

Beynəlxalq Şahmat Federasiyası dekabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

YeniAvropa xəbər verir  ki,  reytinq cədvəlinə əvvəlki kimi, ötən ay dünya çempionu titulunu qorumuş norveçli Maqnus Karlsen (2835) başçılıq edir. İkinci pillədə amerikalı Fabiano Karuana (2832), üçüncü yerdə isə həmyerlimiz Şəhriyar Məmmədyarov (2817) qərarlaşıblar.

Bundan əlavə, dünyada ən güclü 100 şahmatçısı siyahısında Azərbaycandan 6 şahmatçının adı var. Siyahıda Teymur Rəcəbov (2757), Arkadi Naydiç (2736), Rauf Məmmədov (2703), Eltac Səfərli (2671), Qədir Hüseynov (2664) yer alıblar.