Dekabrın 9-da Azərbaycan Premyer Liqasının 14-cü turun yekun vurulub. Günün son iki oyunu heç-heçə ilə başa çatıb. YeniAvropa xəbər verir ki, "Bayıl Arena"da “Səbail” komandası “Qəbələ” kollektivini sınağa çəkib. Gərgin idman mübarizəsində keçən matçda tərəflər bir xalla kifayətləniblər – 0:0.
Turun son matçı olan “Neftçi” – “Sumqayıt” matçında da azarkeşlər qol görə bilməyiblər – 0:0.
Qeyd edək ki, qız fasiləsinə yollanan komandaların turnir cədvəlinə 33 xalla “Neftçi” başçılıq edir. Aktivlərində 30 xalı olan Ağdamın “Qarabağ” komandası ikinci, 19 xal olan “Səbail” isə üçüncü pillədə qərarlaşıblar. Hərəyə 17 xal toplayan “Qəbələ” və "Sabah" dördüncü və beşinci yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (15), “Keşlə” (12) və “Zirə” (11) qərarlaşıblar.