logo

Çin  şirkəti məşhur "Amer Sports"u 4,6 milyard avroya almaq istəyir

19:47 08-12-2018 | icon 3073
Çin  şirkəti məşhur "Amer Sports"u 4,6 milyard avroya almaq istəyir

Çinin “Anta Sports” şirkəti tərəfdaşları ilə birgə Finlandiyanın məşhur idman geyimləri və avadanlığı istehsal edən “Amer Sports” qrupunu 4,6 milyard avroya almaq istəyir.

YeniAvropa “Anta”nın məlumatına istinadla xəbər verir ki, şirkət “FountainVest Partners”, “Tencent” və “Anamered Investments” firmaları ilə birgə investisiya konsorsiumu yaradaraq, “Amer”in hər bir aksiyasına 40 avro təklif edir. “Wilson”, “Arc'teryx”, “Salomon” və “Atomic” kimi tanınmış brendlərin sahibi olan “Amer Sports” qrupu dünyada ən çox idman avadanlığı istehsal edən şirkət hesab olunur.

Əgər sövdələşmə baş tutarsa, “Amer Sports” özünün Direktorlar Şurasını saxlamaqla, müstəqil əməliyyatlar həyata keçirə biləcək.