Futbol millimizin baş məşqçiliyinə namizədlərin adları yaxın günlərdə bəlli olacaq
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin siyahısı yaxın günlərdə hazırlanacaq. Məşqçinin yerli və ya əcnəbi mütəxəssis olacağını indidən deyə bilmərəm.
YeniAvropa xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib qeyd edib: "Vaxtımız azdır. Gələn ilin martında “Avro 2020”nin seçmə mərhələsinin oyunlarına start veriləcək. Əvvəlcə hədəflərimizi müəyyənləşdirməliyik. “Avro 2020”nin final mərhələsi bizim üçün çox önəmlidir. Belə ki, ölkəmiz turnirin dörd oyununa ev sahibliyi edəcək. Milli komandamız “Avro 2020”nin final mərhələsinə vəsiqə qazanarsa, doğma meydanda iki oyun keçirə bilər.