logo

AFFA-da millimizin son bir ildəki nəticələri müzakirə olunacaq

10:49 07-12-2018 | icon 8981
AFFA-da millimizin son bir ildəki nəticələri müzakirə olunacaq

Dekabrın 8-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Bu haqda  YeniAvropa-ya AFFA-dan bildirilib. Qeyd edilib ki, iclasda Azərbaycan milli komandasının son bir il ərzində göstərdiyi nəticələr müzakirə olunacaq.

Bundan başqa, aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, klubların lisenziyalaşdırılması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələləri müzakirə olunacaq, Hakimlər Komitəsinin tərkibi təsdiqlənəcək.