logo

Tokio-2020 Olimpiya Oyunlarının büdcəsi 12 milyard dollardan çox olmayacaq

10:15 07-12-2018 | icon 4137
Tokio-2020 Olimpiya Oyunlarının büdcəsi 12 milyard dollardan çox olmayacaq

Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin bildirdiyinə görə, yarışların büdcəsi 12 milyard dolları aşmayacaq. Həmin məbləğ ötən ilin dekabrında təklif edilib.

YeniAvropa  NHK telekanalına istinadla xəbər verir ki, komitə hazırda xərclərin Tokio hökuməti ilə mərkəzi hökumət arasında necə bölüşdürüləcəyini araşdırır.

Təşkilat komitəsinin sədri Yoşiro Mori Beynəlxlaq Olimpiya Komitəsinin (BOK) rəsmiləri ilə görüşdükdən sonra bildirib ki, 2020-ci ildə keçiriləcək yarışların inkişafı planı yeni büdcəyə ehtiyac yaratsa da, komitə BOK ilə birlikdə xərclərin azaldılmasına çalışır.

Y.Mori əlavə edib ki, büdcənin əvvəlcədən müəyyən edilmiş 12 milyard dollar məbləğini aşmaması üçün lazımi işlər görüləcək.

Buna baxmayaraq, oyunların keçiriləcəyi dövrdə istilərlə mübarizə, eyni zamanda, nəqliyyat və texnologiyalar sahəsində problemlər əlavə xərclər tələb edəcək. Komitə bu xərcləri qarşılamaq üçün bütün mümkün vasitələrdən, o cümlədən obyektlərin arendası müddətinin qısaldılmasından istifadə etməyi nəzərdə tutur.