logo

Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-da start götürəcək

17:36 06-12-2018 | icon 3150
Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-da start götürəcək

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu il Formula 1 mövsümünün təqvimini təsdiq edib.

YeniAvropa xəbər verir  ki, ənənəvi olaraq, yeni mövsümün ilk Qran-Prisi Avstraliyada olacaq. Melburndakı avtodromda yürüş martın 17-də keçiriləcək. Həmişə olduğu kimi, yekun yürüş dekabrın 1-də Əbu-Dabinin Yas-Marina avtodromunda baş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-dan 28-dək Bakı trasında olacaq.

Formula 1 üzrə 2019-cu il mövsümünün təqvimi:

Martın 17-si – Avstraliya Qran-Prisi

Martın 31-i – Bəhreyn Qran-Prisi

Aprelin 14-ü – Çin Qran-Prisi

Aprelin 28-i Azərbaycan Qran-Prisi

Mayın 12-si İspaniya Qran-Prisi

Mayın 26-sı Monako Qran-Prisi

İyunun 9-u Kanada Qran-Prisi

İyunun 23-ü Fransa Qran-Prisi

İyunun 30-u Avstriya Qran-Prisi

İyulun 14-ü Böyük Britaniya Qran-Prisi

İyulun 28-i Almaniya Qran-Prisi

Avqustun 4-ü Macarıstan Qran-Prisi

Sentyabrın 1-i Belçika Qran-Prisi

Sentyabrın 8-i İtaliya Qran-Prisi

Sentyabrın 22-si Sinqapur Qran-Prisi

Sentyabrın 29-u Rusiya Qran-Prisi

Oktyabrın 13-ü Yaponiya Qran-Prisi

Oktyabrın 27-si Meksika Qran-Prisi

Noyabrın 3-ü ABŞ Qran-Prisi

Noyabrın 17-si Braziliya Qran-Prisi

Dekabrın 1-i Əbu-Dabi Qran-Prisi