Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə kadetlər arasında dünya birinciliyində Azərbaycan idmançısı üçüncü yer tutub.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan yığmasının baş məşqçisi Bəxtiyar Hacıyev məlumat verib. Onun sözlərinə görə, çempionatda 78 kq çəki dərəcəsində mübarizə aparan Adil Adilzadə bürünc medala layiq görülüb.
Dekabrın 3-də start götürən dünya birinciliyinə bu gün yekun vurulacaq. Azərbaycan dünya çempionatında üç samboçu ilə qatılıb.