logo

2018-ci ildə rapid və blits üzrə dünya çempionatı Sankt-Peterburqda keçiriləcək

16:15 04-12-2018 | icon 3318
2018-ci ildə rapid və blits üzrə dünya çempionatı Sankt-Peterburqda keçiriləcək

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidmətinin məlumatında bildirilir ki, 2018-ci ildə rapid və blits üzrə dünya çempionatına Sankt-Peterburq ev sahibliyi edəcək.

YeniAvropa xəbər verir  ki, əvvəl elan edilmiş məlumata görə, həmin turnirin dekabrın 25-dən 31-dək Rusiyada keçirilməsi nəzərdə tutulurdu. Turnir iştirakçıları üçün xüsusi viza rejimi təşkil olunacaq. Keçən il rapid və blits üzrə dünya çempionatı Səudiyyə Ərəbistanında keçirilib. İsrail şahmatçılarına viza verilməsindən imtina edildiyinə görə onlar turnirdə iştirak etməyiblər.

Rapid üzrə hazırkı dünya çempionu hindistanlı qrossmeyster Vişvanatan Ananddır. Sonuncu turnirdə ikinci yeri rusiyalı Vladimir Fedoseyev, üçüncü yeri digər rusiyalı Yan Nepomnyaşşi tutub.

Qadınlar arasında rapid üzrə turnirdə klassik şahmat üzrə dünya çempionu çinli Tszyuy Ventszyun qalib gəlib. İkinci yeri onun həmvətəni Ley Tintsze, üçüncü yeri Almaniya nümayəndəsi Elizabet Pelts tutub.

Blits üzrə dünya çempionu şahmat tacının sahibi norveçli Maqnus Karlsendir. İkinci yeri rusiyalı Sergey Karyakin, üçüncü yeri hindistanlı Vişvanatan Anand tutub.

Qadınlar arasında blits üzrə turnirdə birinci yeri gürcüstanlı Nana Dzaqnidze, ikinci yeri rusiyalı Valentina Qunina, üçüncü yeri Tszyuy Ventszyun tutub.