logo

“Evro-2020”: Azərbaycanın millisinin rəqibləri Xorvatiya, Uels, Slovakiya və Macarıstan oldu

16:35 02-12-2018 | icon 3311
“Evro-2020”: Azərbaycanın millisinin rəqibləri Xorvatiya, Uels, Slovakiya və Macarıstan oldu

Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilir.YeniAvropa xəbər verir  ki, püşkatma mərasimində Azərbaycan milli komandası “E” qrupda mübarizə aparacaq. Həmin qrupda millimizin rəqibləri Xorvatiya, Uels, Slovakiya və Macarıstan seçmələri olacaq.

Tədbirdə AFFA geniş heyətlə təmsil olunub. Mərasimə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Avro-2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə əlaqələndiricisi Könül Mehtiyeva və AFFA-nın infrastruktur direktoru, “Evro-2020”nin Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə əlaqələndiricisinin müavini Kamran Vəliyev qatılıb.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.

Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu keçiriləcək.