Boks 2020-ci il Tokio Olimpiya Oyunlarının proqramından çıxarıla bilər
Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin Tokioda keçirilən iclasında bildirilib ki, Beynəlxalq Boks Federasiyasının (AIBA) qarşısına qoyulan tələblər yerinə yetirilmədiyi təqdirdə bu idman növü 2020-ci il Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün keçirilən iclasda qarşıdakı Olimpiya Oyunlarında boks idman növünün statusu müzakirə olunub. BOK uzun müddətdir ki, AIBA qarşısında federasiyanın rəhbərliyində baş vermiş dəyişiklikdən sonra Olimpiya hərəkatına kölgə salan gizli məqamların aradan qaldırılmasına zəmanət verən bir sıra tələblərə riayət edilməsi şərtləri qoyub.
AIBA, öz növbəsində, inandırıcı sübutlar təqdim etməyib və bu səbəbdən BOK 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planını təxirə salıb. Federasiyanın idarəetmə və maliyyə məsələləri üzrə hesabatları BOK-u qane etməyib. Bununla yanaşı, hakimlik və antidopinq sahəsində AIBA-da tərəqqi olduğu BOK tərəfindən etiraf edilib.
BOK federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, test tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya Olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub.
Bütün bu qalmaqalda AIBA-nın noyabr ayında keçirilən Moskva konqresində seçilmiş yeni prezidenti Qafur Rəhimovun xüsusi rolunun olduğu bildirilir. Belə ki, BOK seçkidən əvvəl kriminal aləmlə əlaqəsi olduğu ehtimal edilən və ABŞ-ın maliyyə sanksiyalarına məruz qalmış bu şəxsə namizədliyini geri götürməyi tövsiyə edib.
Federasiyanın baş katibi Umar Kremlev "TASS" agentliyinə müsahibəsində bildirib ki, boks idman növünün Olimpiya Oyunları proqramında qalması şansı mövcuddur. Onun sözlərinə görə, hazırda federasiyanın maliyyə vəziyyəti sabitdir və bir çox problemlər öz həllini tapıb. “Bundan başqa, boks üçün təhlükə olduğu halda AIBA prezidenti Qafur Rəhimov istefaya getməyə hazırdır. O, daha əvvəl bunu bəyan edib”, -deyə Kremlev vurğulayıb.
Bu məsələ BOK İcraiyyə Komitəsinin mart ayında keçiriləcək iclasında da müzakirəyə çıxarılacaq. Lakin indidən aydındır ki, yekun qərar BOK-un 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək sessiyasında qəbul olunacaq. Bu sessiya Olimpiya Oyunlarına 14 ay qalmış baş tutacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb