Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) Madridin “Real” klubunun yarımmüdafiəçisi Luka Modriçi 2018-ci ilin ən yaxşı pleymeykeri seçib.
YeniAvropa təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, 33 yaşlı futbolçu bu il Madrid klubunun tərkibində ard-arda üçüncü dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Xorvatiya yığmasının tərkibində isə “DÇ-2018”-in finalına yüksəlib.
Dünyanın 90 ölkəsindən futbol ekspertlərinin iştirak etdikləri səsvermənin yekunlarına görə, xorvat futbolçu 272 xal toplayıb. O, son üç ildə bu titulu qazanmış Lionel Messini (“Barselona, 144 xal) və Eden Azarı (Çelsi”, 114 xal”) arxada qoya bilib.