logo

“Qarabağ” və “Sportinq” komandalarının start heyətləri açıqlanıb

21:15 29-11-2018 | icon 2961
“Qarabağ” və “Sportinq” komandalarının start heyətləri açıqlanıb

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində noyabrın 29-da saat 21:55-də başlayacaq “Qarabağ”–“Sportinq” görüşü üçün komandaların start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir  ki, “Qarabağ”ın start heyətində Hannes Tur Halldorsson, Maksim Medvedev, Rəşad Sadıqov, Donald Gerye, Yakub Jerzniçak, Qara Qarayev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Abdulah Zubir və Mahir Mədətov yer alıblar.

“Sportinq” klubunun ilk onbirliyində isə meydana Ribeiro, S.Koates, A.Diabi, B.Dost, B.Fernandes, B.Qaspar, N.Gudelj, Nani, Jeferson, A.Pinto və Vendel çıxacaqlar.

Bakı Olimpiya stadionda keçiriləcək matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona yan xətt hakimləri Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər.

Qrupun digər oyununda “Arsenal” səfərdə Ukraynanın “Vorskla” komandasının qonağı olacaq.

Bu oyun Qurban Qurbanovun yetirmələrinin sonuncu ev oyunudur. Ağdamlılar ilk görüşdə Lissabonda “Sportinq”ə məğlub olublar - 0:2. “Qarabağ” ardıcıl iki ev oyununda əvvəlcə “Arsenal”a (0:3), daha sonra “Vorskla”ya (0:1) uduzub. Lakin Ağdam təmsilçisi dördüncü turda “Vorskla”nı səfərdə minimal hesabla məğlub etməyi bacarıb.

Dörd turdan sonra “E” qrupuna 10 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 7, “Vorskla” və “Qarabağ”ın aktivlərində 3 xal var.

Lissabondakı matç Portuqaliya və Azərbaycan klublarının ilk dueli kimi tarixə düşüb. “Qarabağ” pley-off mərhələsinə yüksəlmək üçün bu görüşdə mütləq qələbə qazanmalıdır. Əgər qonaqlar qalib gələcəkləri təqdirdə qrupdan çıxmağı təmin edəcəklər.

“Qarabağ”da əsas problem İnnosent Emeqaranın yoxluğudur. Əcnəbi forvard Azərbaycan Premyer Liqasının XII turunda “Sabah” ilə oyundan əvvəl isinmə hərəkətləri zamanı zədələnib. Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer isə 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqlarına görə görüşü buraxacaqlar. Fredi Montero və Rafinya matça hazır deyillər. UEFA Avropa Liqasının dördüncü turunda səfərdə “Arsenal” ilə qolsuz heç-heçəyə nail olduqları qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini keçib, Jeremi Matyö isə qırmızı vərəqə alıb.

Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiçi Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib. Belə vəziyyətdə “Sportinq” Bakıya 19 futbolçu ilə gəlib. Onlardan dördü əvəzedici komandanın üzvləridir.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.