Norveçli qrossmeyster Maqnus Karlson şahmat üzrə dünya çempionu titulunu qoruyub saxlayıb.
YeniAvropa xəbər verir ki, 28 yaşlı qrossmeyster şahmat tacı uğrunda görüşdə ABŞ nümayəndəsi Fabiano Karuananı tay-breykdə üstələyib. O, rapiddə ardıcıl 3 görüşdə və dörd partiyalıq mini-matçda qələbə qazanıb.
Beləliklə, Karlsen ardıcıl dördüncü dəfə (2013, 2014, 2016, 2018) dünya çempionu adını qazanıb.