logo

Yaponiya  2020-ci il Olimpiyadasında bütün dünyaya yeni texnologiyalar nümayiş etdirəcək 

19:49 28-11-2018 | icon 3122
Yaponiya  2020-ci il Olimpiyadasında bütün dünyaya yeni texnologiyalar nümayiş etdirəcək 

Yaponiyanın baş naziri Şinzo Abe bəyan edib ki, Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları zamanı yapon hökuməti bütün dünyaya ölkənin yeni texnologiyalarını və qədim mədəniyyətini nümayiş etdirəcək.

YeniAvropa xəbər verir  ki, noyabrın 28-də baş nazir Tokioda öz işinə başlayan Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasının iştirakçıları qarşısında çıxış edib. O deyib ki, Yaponiya 2020-ci il Oyunlarının təhlükəsiz, rahat və cəlbedici olması üçün vahid komanda kimi işləməyə çalışacaq.

Tədbirdə dünyanın 206 ölkəsindən, o cümlədən Azərbaycandan nümayəndələr iştirak edir. Azərbaycan nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edir.