logo

Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçılar xilas edilib

16:29 27-11-2018 | icon 4130
Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçılar xilas edilib

Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında sahildən üç kilometr məsafədə dənizdə taxta qayıqda köməksiz vəziyyətdə qalmış iki balıqçı xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, balıqçıların olduğu qayıq nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən yedəyə alınaraq sahilə gətirilib.