Daxili İşlər Nazirliyinin(DİN) iki əməkdaşı Rusiyanın Medin şəhərində keçirilən universal döyüş üzrə dünya çempionatında gümüş medal qazanıblar.
YeniAvropa xəbər verir ki, bu haqda BİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, 58 ölkədən 350-dək idmançının qatıldığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.
Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan nazirliyin Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis serjantları Orxan Şükürov və Asif Səlimli inamlı mübarizə aparıblar.
Universal döyüşün layt versiyası üzrə çəkisi 75 kiloqramadək olan idmançıların yarışında Orxan Şükürov, klassik versiya üzrə çəkisi 90 kiloqramadək olan idmançılar arasında isə Asif Səlimli finaladək keçirdikləri bütün görüşləri qələbə ilə başa vurublar. Finalda məğlub olan idmançılarımız gümüş medala sahib olublar.