Qılıncoynatmanın sablya növü üzrə milli komandamızın üzvü Cavanşir Ağakişiyev Tehranda keçirilən gənclər arasında dünya kuboku yarışlarında bürünc medal qazanıb.
YeniAvropa xəbər verir ki, rupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran C.Ağakişiyev 1/16 finalda Qazaxıstan təmsilçisi Bakdaulet Kuralbekulini məğlub edib. Səkkizdəbir finalda türkiyəli Umut Kaya üzərində qələbə qazanan sablyaçımız növbəti mərhələdə Honkonq idmançısı Zau Jia Jin Kelvin Reylə görüşdən qalib ayrılıb. Yarımfinala yüksəlməklə dünya kubokunun bürünc medalını təmin edən qılıncoynadanımız belaruslu Maksim Pinçukla gərgin keçən görüşdə rəqibinə uduzub.