logo

“Baku Open” beynəlxalq şahmat turnirinə start verilib

19:11 24-11-2018 | icon 3003
“Baku Open” beynəlxalq şahmat turnirinə start verilib

Noyabrın 24-də “Baku Open” beynəlxalq şahmat turnirinə start verilib.

YeniAvropa xəbər verir  ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan olan 156 şahmatçı birincilik uğrunda mübarizə aparır. Turnirin iştirakçılarından 16-sı qrossmeysterdir.

İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Eltac Səfərlidir.

Turnirə dekabrın 2-də yekun vurulacaq.