logo

Yunan-Roma güləşçilərimiz İranda beş medal qazanıblar

16:37 24-11-2018 | icon 3150
Yunan-Roma güləşçilərimiz İranda beş medal qazanıblar

İranın Gürgan şəhərində 15 yaşadək yunan-Roma güləşçiləri arasında “Day of children” turniri keçirilib.

YeniAvropa xəbər verir  ki, komanda yarışında ölkəmizi məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Fəraim Mustafayev (38 kq), Pərviz Dadaşov (41 kq), İsmayıl Rzayev, Tural Mehdiyev (hər ikisi 44 kq), Cavidan Məmmədli (48 kq), Elmir Əliyev (52 kq), Etibar Rzayev (57 kq), Kənan Abdullazadə, Fərid Zeynalabdinov (hər ikisi 62 kq), Ruslan Nurullayev (68 kq), Emil Ağayev (75 kq) və İbrahim Mehrəliyevdən (85 kq) ibarət kollektiv təmsil edib.

İlk görüşdə İranın ikinci yığması ilə qarşılaşan millimiz qələbə qazanıb. Hesab 5:5 olsa da, fərdi qarşılaşmalardakı xalların fərqinə görə komandamız qalib gəlib. Güləşçilərimiz daha sonra Gürcüstana (3:7) uduzaraq, turniri 5-ci yerdə başa vurublar.

Fərdi mübarizədə isə 5 medal əldə olunub. Ruslan Nurullayev (68 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural Mehdiyev (44 kq), Cavidan Məmmədli (48 kq) və Elmir Əliyev (52 kq) gümüş medal qazanıblar. Pərviz Dadaşov (41 kq) isə yarışı üçüncü yerdə başa vurub.

Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov həm sərbəst, həm də yunan-Roma güləşçilərinin turnirində hakimlik edib.