Dekabrn 2-də Belarusun paytaxtı Minsk şəhərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkiatçılığı ilə "K-1" döyüş növü üzrə turnir keçiriləcək. YeniAvropa xəbər verir ki, bu barədə Belarusun “Telegraf.by” portalı məlumat yayıb. Məlumatda qeyd edilib ki, 34 yaşlı Azərbaycan kikboksçusu Zabit Səmədov rinqdə növbəti görüşünü keçirəcək. O, Rusiya təmsilçisi Yevgeni Orlovla döyüşəcək.
Turnirdə Belarus, Ukrayna, Azərbaycan, Rusiya Federasiyası, Fransa, Almaniya, Rumıniya, Moldova kimi ölkələrdən 20-dək tanınmış kikboksçu iştirak edəcək. Yarış iştirakçıları arasında Azərbaycanın digər K-1 döyüşçüsü Elxan Əliyev də yer alıb.
Məlumatda qeyd edilib ki, günün əsas döyüşü Zabit Səmədovla Rusiya təmsilçisi Yevgeni Orlov arasında olacaq. Elxan Əliyev isə mərakeşli Cihad Akipa ilə döyüşəcək.
Xatırladaq ki, Zabit Səmədov "Axmat" klubunun üzvüdür.