logo

Bakı Olimpiya Stadionu gələn ilin martından qapadılacaq

18:35 23-11-2018 | icon 3297
Bakı Olimpiya Stadionu gələn ilin martından qapadılacaq

Gələn il mayın 29-da futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin martından Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.

YeniAvropa  AFFA-nın saytına istinadla xəbər verir ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin təqviminə əsasən, Azərbaycan milli komandasının ev oyunları 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub. Hazırda UEFA tərəfindən bu məsələyə baxılır.

“Avro-2020”nin seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək.