UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmaları qrup liderliyi uğrunda meydança çıxır
Bu dəqiqələrdə, Bakı vaxtı ilə saat 23:45-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununa çıxır.
YeniAvropa xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi səfərdə Kosovo yığması ilə qarşılaşacaq. Priştinadakı “Fadil Vokrri” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.
Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Mahir Mədətov, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxacaqlar.
Kosovo yığmasının start heyətində isə Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova yer alıblar.
Qeyd edək ki, oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Frank Şnayderlə Kərim Abed əlavə köməkçi hakimlər, Benjamen Pajes isə dördüncü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.
Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer Adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer Adaları ilə duellərdən 4 xal toplayıb (2:0, 1:1).
Beləliklə, Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən qaydalara görə, bu turnirdən 2020-ci ildə Avropa çempionatına vəsiqə qazanmaq şansını itirəcək.
Görüş "CBC Sport" kanalında canlı yayımlanacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb