logo

“Barselona” klubunun rəhbərliyi futbolçu Osman Dembeleyə ultimatum verib

22:58 19-11-2018 | icon 3185
“Barselona” klubunun rəhbərliyi futbolçu Osman Dembeleyə ultimatum verib

İspaniyanın “Barselona” klubunun rəhbərliyi komandanın fransalı futbolçusu Osman Dembeleyə ultimatum verib.

YeniAvropa  “Sport” idman nəşrinə istinadla xəbər verir ki, buna futbolçunun intizamsız davranışları səbəb olub. O.Dembele intizamsız davranmağa davam edəcəyi halda komandadan kənarlaşdırılacaq.

Bununla yanaşı, Kataloniya təmsilçisi Dembelenin yay transfer pəncərəsində satış imkanlarını nəzərdən keçirməyə hazırlaşır. İspaniya klubu bu keçid üçün ən azı 100 milyon avro qazanmağı planlaşdırır.

O.Dembele komandanın bütün məşqlərinə və toplanışlarına gecikir. Bu isə klub rəhbərliyini, futbolçuları və məşqçi heyətini narahat edir.

Qeyd edək ki, Usman Dembele 2017-ci ilin yayında Almaniyanın “Borussiya Dortmunt” klubundan “Barselona”ya keçib.