logo

Azərbaycan paracüdoçuları dünya çempionatını on medalla başa vurublar

22:21 18-11-2018 | icon 3227
Azərbaycan paracüdoçuları dünya çempionatını on medalla başa vurublar

Paracüdo üzrə Azərbaycan milli komandası Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatını on medalla başa vurub.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər. Məlumatda eyd edilib ki, cüdoçularımız mundialda 1 qızıl, 3 gümüş və 6 bürünc medal əldə ediblər.

Kişilərin mübarizəsində 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Bayram Mustafayev dünya çempionu olub. Hüseyn Rəhimli (81 kq) isə yalnız finalda məğlub olaraq çempionatı ikinci pillədə tamamlayıb. Digər idmançılarımız - Vüqar Şirinli (60 kq), Ramil Qasımov (70 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medalla kifayətləniblər.

Qadınların yarışında Şəhanə Hacıyeva (48 kq) gümüş, Xanım Hüseynova (63 kq), Zülfiyə Hüseynova (70 kq) və Sevda Vəliyeva (52 kq) isə bürünc medallara sahib olublar.

Azərbaycanın paralimpiya milli komandası çempionatda iştirak edən 42 ölkə arasında üçüncü yeri tutub.

Bu dünya çempionatından başlayaraq artıq “Tokio-2020” Yay Paralimpiya Oyunları üçün lisenziya xalları qazanılacaq.