logo

UEFA Millətlər Liqası: Azərbaycan-Farer Adaları : 2-0(ilk hissə)

21:53 17-11-2018 | icon 3241
UEFA Millətlər Liqası: Azərbaycan-Farer Adaları : 2-0(ilk hissə)

Noyabrın 17-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda Bakı Olimpiya Stadionunda Farer Adaları yığması ilə qarşılaşır.

YeniAvropa xəbər verir  ki, , oyunda Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxıblar.

Farer Adaları yığmasının start heyətində isə Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen yer alıblar.

Oyunu kiprli hakimlər briqadası idarə edir. 

Qarşılaşmasının ilk hissəsi yığmamızın üstünlüyü ilə yadda qalıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan Azərbaycan yığması rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 18-ci dəqiqəsində Azərbaycan millisinin üzvü Dmitri Nazarov müdafiəçilərin uzaqlaşdırdığı topu qüvvətli zərbə ilə qapıdan keçirib - 1:0. Matçın 27-ci dəqiqəsində Azərbaycan yığması hesab arasındakı fərqi iki topa çatdırıb. Mahir Mədətovun təxminən 30 metrdən vurduğu zərbə dəqiq olub.

İlk hissəsi bu hesabla da başa çatıb.

Qrupun digər oyununda Malta yığması doğma meydanda Kosovo seçməsini qəbul edir.

Xatırladaq ki, dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya stadionunda keçirilən Azərbaycan-Malta oyununda isə qalib müəyyənləşməyib - 1:1.