logo

Azərbaycan – Farer Adaları oyunu üçün start heyətlər açıqlanıb

19:26 17-11-2018 | icon 3199
Azərbaycan – Farer Adaları oyunu üçün start heyətlər açıqlanıb

UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda yer alan Azərbaycan milli komandasının bu gün saat 21:00-da qarşılaşacağı Farer Adaları yığması ilə oyun üçün start heyəti açıqlanıb.

YeniAvropa xəbər verir  ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Mahir Mədətov, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxacaqlar.

Farer Adaları yığmasının start heyətində isə Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen yer alıblar.

Qeyd edək ki, Azərbaycan – Farer Adaları oyununu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Dimitrios Masias olacaq. Ona həmyerliləri Marios Kalogerou və İoannis Lazarou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Omiros Tziortzis yerinə yetirəcək. Görüşün hakim-inspektoru ukraynalı Volodimir Petrov, UEFA nümayəndəsi çexiyalı Yaroslav Dudl olacaq.

Qrupun digər oyununda Malta yığması doğma meydanda Kosovo seçməsini qəbul edəcək.

Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib - 1:1.