logo

Hindistanda 230-dan çox şahmatçının iştirak etdiyi festival keçiriləcək

17:14 08-01-2018 | icon 2800
Hindistanda 230-dan çox şahmatçının iştirak etdiyi festival keçiriləcək

Sabah Dehlidə “A” kateqoriyalı beynəlxalq “Dehli-2018” şahmat festivalına start veriləcək. YeniAvropa xəbər verir ki, 26 ölkədən 233 oyunçunun, o cümlədən 29 qrossmeysterin iştirakı ilə keçiriləcək turnirin reytinqi-favoriti Azərbaycan nümayəndəsi Arkadi Naydiçdir (2701).

Hindistanda təşkil edilən bu beynəlxalq open-turnir İsveçrə sistemi üzrə 10 turdan ibarət olacaq, yarışın qalibi isə yanvarın 16-da elan ediləcək