logo

Paralimpiyaçı cüdoçularımız dünya çempionatında yarışırlar

21:49 16-11-2018 | icon 3108
Paralimpiyaçı cüdoçularımız dünya çempionatında yarışırlar

Noyabrın 16-da Portuqaliyanın Odivelas şəhərində paralimpiyaçı cüdoçular arasında Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) dünya çempionatına start verilib. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən YeniAvropa-ya bildiriblər ki, yarışlarda milli komandamız 14 idmançı ilə təmsil olunur.

Yarışın birinci günündə kişilər arasında yarışlarda Orxan Qarayev, Vüqar Şirinli (hər ikisi 60 kq), Bayram Mustafayev, Namiq Abbaslı (hər ikisi 66 kq) və Ramil Qasımov (73 kq) mübarizə aparırlar. Qadınların yarışında Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq) və Səbinə Abdullayeva (57 kq) tatami üzərinə çıxacaqlar.

Yarışlara noyabrın 18-də yekun vurulacaq.