logo

Yunan-Roma güləşçilərimiz dünya çempionatında beşinci olublar

14:29 15-11-2018 | icon 3304
Yunan-Roma güləşçilərimiz dünya çempionatında beşinci olublar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

YeniAvropa xəbər verir  ki, mundiala 7 pəhləvanla yollanan yığmamız 71 xalla komanda hesabında ilk beşliyi qapayıb. Millimiz yalnız Gürcüstan (126), Rusiya (101), Türkiyə (87) və Yaponiyadan (80) geri qalıb.

Xatırladaq ki, Buxarestdə Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.