İki gənc güləşçimiz dünya çempionu adı uğrunda mübarizə aparacaq
Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının ikinci günündə yunan-Roma güləşi üzrə beş pəhləvanımız mübarizəyə qoşulub. Onlardan üçü mübarizəyə təsnifat, ikisi isə səkkizdəbir final mərhələsindən başlayıb.
Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya bildiriblər ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov ilk mərhələdə Özbəkistan idmançısı İslamcan Bəhramova çətinlik çəkmədən qalib gəlib. Pəhləvanımız qırğızıstanlı rəqibi Rüstəm Teişovu mübarizədən kənarlaşdıraraq dörddəbir finala yüksəlib. Bu mərhələdə gürcüstanlı Dato Çxartişviliyə qalib gələn idmançımız yarımfinalda türkiyəli Kərəm Kamalı məğlubiyyətə uğradaraq finala yüksəlib. Bu gün axşam saatlarında keçiriləcək final görüşündə M.Məmmədov Yaponiya təmsilçisi ilə üz-üzə gələcək.
Təsnifat mərhələsində amerikalı Nolan Robert Bakeri məğlub edən Kərim Cəfərov (67 kq) daha sonra yaponiyalı Ryo Nakahaşini də vaxtından əvvəl üstələyib. K.Cəfərov qazaxıstanlı Meirzxan Şermaxanbet ilə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. O, macarıstanlı Otto Losonşiyə də heç bir şans verməyib və finala çıxan ikinci güləşçimiz olub. K.Cəfərov noyabrın 14-də həlledici qarşılaşmada Misir təmsilçisi Məhəmməd İbrahim Əlsəyid ilə görüşəcək.
Orxan Nuriyev (97 kq) ilk görüşdə Macarıstan təmsilçisi Şolt Toeroekə müqavimət göstərə bilməyib. Ancaq rəqibin finala çıxması güləşçimizə bürünc medal uğrunda mübarizə aparmaq imkanı yaradıb. O.Nuriyev noyabrın 14-də ilk təsəlliverici görüşdə finlandiyalı həmkarı Matti Elias Kuosmanendən üstün olub. Güləşçimiz özbəkistanlı Teymur Mirzə Mamacanovu da mübarizədən kənarlaşdıraraq bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi İran pəhləvanı Əli Əkbər Heydəri olacaq.
Digər idmançılarımız İslambek Dadov (72 kq) və Eltun Vəzirzadə (82 kq) çempionatı medalsız başa vurublar.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb