logo

Şahmat tacı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

23:52 12-11-2018 | icon 3003
Şahmat tacı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.

YeniAvropa xəbər verir  ki,  noyabrın 12-də üçüncü partiyada ağ fiqurlarla oynayan ABŞ təmsilçisi Fabiano Karuana norveçli Maqnus Karlsen ilə 49-cu gedişdə heç-heçə edib.

Şahmatçılar ilk iki partiyada da xalı yarı bölüblər. Beləliklə, ilk üç oyunun nəticəsinə görə hesab bərabərdir – 1,5:1,5.

Dördüncü partiya noyabrın 13-də oynanılacaq.

Noyabrın 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.

Oyunun ümumi mükafat fondu 1 milyon ABŞ dolları məbləğindədir. Qalib şahmatçıya 600 min, məğlub olana isə 400 min dollar mükafat veriləcək.